Rusiyanın Tuva Respublikasında 2-i azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib

Rusiyanın Tuva Respublikasında 2-i azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tuva Respublikasının Ak-Dovurak şəhərindəki beşmərtəbəli binadakı mənzillərdən birində baş vermiş yanğını söndürərkən 4 insan cəsədini aşkar ediblər.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki cəsədlər bir ailənin üzvlərinə məxsusdur. Öldürülənlərdən 2-i dörd və altı yaşlı uşaqlardır. Hadisənin gecə baş verdiyi bildirilir.
Məlumatda həmçinin qeyd edilir ki, cəsədlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib. Faktla bağlı cinayət məcəlləsinin iki və daha çox şəxsi qətlə yetirmə, habelə azyaşlıların qətli maddələri üzrə cinayət işi başlayıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin və Təhqiqat Komissiyasının əməkdaşları işləyir.Siam.az
Tarix: 4-03-2017, 07:38
Xəbəri paylaş





Xəbər lenti