Yeni şəbəkə Tvitteri 3 dəfə geridə qoydu

Yeni şəbəkə Tvitteri 3 dəfə geridə qoydu Mobil mesajlaşma şəbəkəsi Snapçatı (Snapchat) yaradan "Snap" şirkətinin ilk IPO-su (ictimai tətbiq) dünən Nyu York birjasında işə başlayıb.

Axar.az xəbər verir ki, 17 dollardan təqdim edilən şirkətin hissələri 2 saat ərzində 25,75 dollara yüksəlib.

Beləcə, Snapçatın bazar dəyəri 36 milyard olub. Bununla da Snapçat dəyəri 11 milyard dollar olan Tvitteri geridə qoyub.

Mütəxəssislər Tvitterin 3 il əvvəlki İPO-sundan sonra Snapın ən böyük sosial media şirkətinə çevrildiyinə diqqət çəkərək, sərmayəçilərin informasiya və texnologiya şirkətlərinə daha çox maraq göstərdiklərini vurğulayıblar.
Tarix: 4-03-2017, 07:48
Xəbəri paylaş





Xəbər lenti