Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək"

Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək" "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı deyib.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Tillerson və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə atılan addımlar haqqında fikir mübadiləsi aparıblar. Keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Tarix: 4-03-2017, 09:40
Xəbəri paylaş





Xəbər lenti