FBI-dan Ədliyyə Nazirliyinə: Dərhal təkzib edin!

FBI-dan Ədliyyə Nazirliyinə: Dərhal təkzib edin! ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) sədri Ceyms Komey Ədliyyə Nazirliyinə müraciət edərək, prezident Trampın sələfi Obama barədə, telefon danışıqlarına qulaq asması iddialarını ictimaiyyət qarşısında təkzib etməsini tələb edib.

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat adının məxfi qalmasını istəyən yüksəkçinli ABŞ məmuruna istinadən yayıb. Həmin məmur Komeyin, "Bu böyük bir iddiadır. Səhvdir və dərhal düzəldilməlidir." - dediyini bildirib.

İddiaların mətbuatda yayılmasından sonra FBI və Ədliyyə Nazirliyi rəsmiləri bu məsələyə münasibət bildirməyiblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl twitter səhifəsində, "Biabırçılıq. Obamanın, (seçki) qələbəmizdən əvvəl "Tramp Tower"i dinlədiyini öyrəndim. Heç nə tapmadı. Prezident Obama çox müqəddəs olan seçki prosesində mənim telefonlarımı dinlədəcək qədər necə alçaldı? Bu, "Nixon/Watergate"dir. (Prezident Nikson dövründə yaşanmış telefon dinləmə qalmaqalı) Xəstə adam." - yazmışdı.

Trampın bu mesajından sonra Obamanın sözçüsü Kevin Levis bu iddianı qəbul etməmişdi. "Prezident Barak Obama və ya başqa bir Ağ ev rəhbəri heç bir ABŞ vətəndaşının dinlənməsi üçün göstəriş verməyib. Bunun xaricində olan bütün fikirlər səhvdir."
Tarix: 6-03-2017, 09:52
Xəbəri paylaş





Xəbər lenti