Ermənistanın sabiq baş naziri ölkəsinin rəzil durumda olduğunu etiraf edib- BİZ NƏİNKİ PİS, HƏTTA BORC İÇİNDƏ YAŞAYIRIQ

Ermənistanın sabiq baş naziri ölkəsinin rəzil durumda olduğunu etiraf edib- BİZ NƏİNKİ PİS, HƏTTA BORC İÇİNDƏ YAŞAYIRIQ Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır. Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.
O, bildirib ki, ölkənin xarici borcları durmadan artır və bu Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. “Bu templərlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”, – Baqratyan deyib.
Baqratyan qeyd edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir.
Tarix: 6-03-2017, 09:54
Xəbəri paylaş





Xəbər lenti