Sunami olacaq, İstanbul dənizin altında qalacaq - Şok

Sunami olacaq, İstanbul dənizin altında qalacaq - Şok Türkiyənin Boğaziçi Universitetinin Zəlzələ Araşdırmaları İnstitutunun professoru Haluk Özener İstanbulda 7 bal gücündə zəlzələ olacağı təqdirdə sunaminin baş verəcəyini iddia edib.

Özener tarixi dövrlərdə də Mərmərə, Aralıq və Egey dənizlərində sunamilərin yaşandığını bildirib:

“Doğrudur, Mərmərə dənizinin relyefinə baxdığımızda elə də böyük sunaminin olacağını gözləmirik. Lakin sunaminin olacağı qaçılmazdır. Bəzi araşdırmalara görə 7, 7.2 yaxud 7.5 bal gücündə yeraltı təkanlar qeydə alına bilər. Üzərimizə düşən yeganə vəzifə yaranacaq sunamilərdən necə qorunmağımızdır. Bunun yollarını axtarmalıyıq. Təəssüf ki, biz zəlzələnin zamanını bilmirik. Əlimizdən gəldiyi qədər önləyici tədbirlər görməliyik”.(Axar.az )
Tarix: 7-03-2017, 19:55
Xəbəri paylaş





Xəbər lenti