Yadplanetlilərin qaçırdığı 10 nəfər yaşadıqlarını danışdı

Yadplanetlilərin qaçırdığı 10 nəfər yaşadıqlarını danışdı İnsanlar daima “Süd yolu”nda özlərindən başqa canlıların yaşayıb yaşamamaları ilə bağlı maraqlanıblar. A24.az xəbər verir ki, mütəxəsis Jenny Randles yazdığı kitabda yad planetlilərlə bağlı müəyyən məqamları qeyd edib. Onların bir qismini sizə təqdim edirik:

VANCOUVER, KANADA, 1985
Alvina Scott yadplanetlilər tərəfindən qaçırıldığını, ekspertiza aparılması üçün onlar tərəfindən yumurtalıqlarından birinin götürüldüyünü, böyrəklərində olan ağrıları müalicə etdimək üçün özünə bir sıra müdaxilələrin edildiyini iddia edib. Həqiqətən də ultrasəs müayinəsi zamanı xəstə böyrəyin tamam sağaldığı ortaya çıxıb.
TEATH, İNGİLTƏRƏ, 1645
Pitt ailəsinin yanında xidmətçi olaraq çalışan 15 yaşlı Anne Jeffries evinin baxçasında huşunu itirmiş halda tapılıb. Yeniyetmə qız özünə gəldiyi zaman evin sahiblərinə yanına bir neçə insanabənzər məxluqun gəldiyini, vücuduna toxunaraq onu öpməyə çalışdıqlarını danışıb. O qeyd edib ki, özünü hər tərəfi mələklərlə əhatələnmiş bir yerdə görüb.
SONG-Zİ XİAN, ÇİN, 1880
Təsərrüfatla məşğul olan Yut Ten evinə gedərkən ağaclar arasında parlaq məxluqlar görüb. Bir anda havaya qalxdığını hiss edib. Yut qeyd edib ki, özünə gəldiyində görüb ki, bir dağdadır.
PAARL, CƏNUBİ AFRİKA, 1951
İngilis mühəndis dağ yolunda olarkən insanabənzər bir məxluq onu yolda salayıb və “suya ehtiyacımız var” deyib. Həmin məxluqa kömək etmək üçün dağa qalxan mühəndis özünü bir kosmik aparatın içində tapıb.
VYANA, AVSTRİYA, 1955
İkinci dünya müharibəsi zamanı nasistlərdən böyük işgəncələr görən Josef Vanderka meşədə gəzərkən ağacların olmadığı bir bölgədə böyük, boz rəngli və iri hava gəmisi ilə qarşılaşıb. Gəmidəkilər onu içəri aparıblar. Onlar uzun boylu, ikicinsli, xoş simalı canlılar olublar. Ziyarət zamanı Vanderka onlara nasist sistemindən ağlayaraq şikayət edib. Yalvarıb ki, yetərincə gücləri varsa dünyanı bu bəladan xilas etsinlər. Məxluqlar isə dünya tarixinə qarışmayacaqlarını söyləyiblər.
GRODNER PASS, İTALİYA, 1968
Valter Rizzi motosikleti ilə yolda gədərkən disk formalı bir cisim görüb. Bir müddət sonra boz rəngli, keçəl və göy gözlü məxluqlar ortaya çıxıb. Bu məxluqlar Valterə bildiriblər ki, dünyada olduqları zaman sürətlə yaşlanırlar. Buna görə də dünyada çox qala bilmirlər. Yadplanetlilər Rizziyə xəbərdarlıq ediblər ki, maqnit qütblərinin yerdəyişməsi ilə planetdə iqlim dəyişikliyi yaşanacaq.
IMJARVİ, FİNLANDİYA, 1970
Əkinçi Esko Viljo və meşəbəyi Aarno Heinonen xizək sürərkən qəribə səslər eşidiblər. İki adam sisli hava dumanının içərisində olan dairəvi gəmini görüblər. Bundan sonra onların ikisi də gün işığı yanığına görə müalicə alıblar.Həkimlərin bunun əslində radiasiya yanığı olduğuna inanıblar. Heinonen yadplanetlilərlə dolu olan bir otaqda olduqlarını xatırlayıb. Viljo qeyd edib ki, bu məxluqlar onlarla gələcəkdə də rahat əlaqə saxlaya bilmək üçün başlarının içərisinə aparat yerləşdiriblər.
GISBORNE, YENİ ZELLANDA, 1978
Bölgədə 3 qadın yadplanetlilərin ovuna düşüb. Evlərinə döndükləri zaman son bir saatı unutmaları ilə bərabər bir sıra yaddaş pozuntusu ilə qarşılaşıblar. Qadınlaran biri hiptozla özünə gəldikdən sonra iddia edib ki, rəfiqələri ilə məhz yadplanetlilər tərəfindən qaçırılıblar. Qadınlar bildiriblər ki, həmçinin məxluqlar uzun boylu və iri gözlü olublar.
YROGOVKOYE GÖLÜ, RUSYA, 1978
Anatoly ləqəbli bir əsgər gölün kənarında xidmət edərkən iki insanabənzər məxluqla qarşılaşıb. Məxluqlar əsgərə dərmanlı içki verərək yatızdırıblar və Anatoly bir də gözünü həmin gölün sahilində açıb. Ordudan ayrılmaq üçün yalandan dəlilik etməkdə günahlandırılan Anatoly haqqında aparılan araşdırmalar nəticəsində onun həqiqətləri söylədiyi ortaya çıxıb.
NEW YORK, N.Y., 1989
Linda Napolitano adlı qadın yaşadığı hündürmərtəbəli binadan qaçırılıb. Yadplanetlilər onun üzərində mühim tibbi araşdırmalar aparıblar. Əsas məsələ ondadır ki, Lindanın qaçırılmasını ən az daha 2 şahid olub. Yaxınlıqda yerləşən bir müəssisənin mühafiə xidmətinin əməkdaşı bildirib ki, göydə uçan bir qadın və boz dərili məxluqlar görüb.
Tarix: 10-03-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti