Tuskdan xəbərdarlıq: Körpüləri yandıranda diqqətli olun

Tuskdan xəbərdarlıq: Körpüləri yandıranda diqqətli olun Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları 2 günlük sammit üçün Belçikanın paytaxtı Brüsseldə toplanıblar.

Missiya.Az xəbər verir ki, Brexit, miqrasiya, təhlükəsizlik, iqtisadiyyat və qərbi Balkan ölkələrinin müzakirə ediləcəyi sammitin başlanğıcında Avropa İttifaqı Şurası üçün prezident seçkisi keçirilib.

Vəzifə müddəti mayın 31-də başa çatan Donald Tusk öz ölkəsi Polşanın qarşı çıxmasına baxmayaraq birə qarşı 27 səslə yenidən bu vəzifəyə seçildi. 2.5 daha bu vəzifənin icrası ilə məşğul olacaq Tusk mətbuat konfransı keçirib.

Bütün Aİ ölkələri ilə əməkdaşlıq edəcəyini deyən Donald Tusk ölkəsi Polşanı təcrid olunma siyasətinə qarşı qorumaq üçün əlindən gələni edəcəyini deyib.

Tusk, bəzi addımları atarkən diqqətli olması üçün Polşaya xəbərdarlıq da edib. "Körpüləri yandıranda diqqətli olun. Bir dəfə yandırdığınız körpüdən bir daha keçə bilməyəcəksiniz."
Tarix: 10-03-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti