İranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb

İranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb İranın Ərdəbil şəhərində yaşayış evində partlayış baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


İlkin məlumata əsasən, partlayışa kimyəvi maddə səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Tarix: 11-03-2017, 07:12
Xəbəri paylaş





Xəbər lenti