Mövlüd Çavuşoğlu barədə qalmaqallı qərar

Mövlüd Çavuşoğlu barədə qalmaqallı qərar Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rotterdamda mitinq keçirməsinə izn verilmədi.

Missiya.Az xəbər verir ki, bu barədə Rotterdamın bələdiyyə sədri Əhməd Aboutaleb açıqlamasında bildirib.

"Mövlüd Çavuşoğlunun diplomatik toxunulmazlığı var və biz ona hörmətlə yanaşacağıq. Amma ictimai yerlərdə keçiriləcək tədbirləri yasaqlamaq üçün bizim başqa vasitələrimiz də var." - deyə Aboutaleb qeyd edib.

Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlunun bu günə Hollandiyada yaşayan Türkiyə respublikası vətəndaşları ilə aprelin 16-da keçiriləcək referendum barədə mitinq keçirməsi planlaşdırılırdı.
Tarix: 11-03-2017, 07:57
Xəbəri paylaş





Xəbər lenti