Hollandiyalı nazir:Ərdoğan sərhədi aşdı

Hollandiyalı nazir:Ərdoğan sərhədi aşdı Hollandiya Baş naziri Mark Rutte uçuş qadağası ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib.
Gununsesi.info xəbər verir ki, nazir, Ərdoğanın Hollandiya haqqında “Nasist tör-töküntüsü və faşist” sözlərini işlətməklə sərhədi aşdığını bildirib.
“Türkiyənin qəzəbini anlayıram. Lakin səsləndirilən açıqlamalar artıq sərhədi aşıb”, – Rutte bildirib.
Qeyd edək ki, Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rotterdama uçuş icazəsini ləğv edib.
Tarix: 11-03-2017, 22:06
Xəbəri paylaş





Xəbər lenti