Almaniya İŞİD terrorçularının hədəfində — ticarət mərkəzi partladılacaqdı

Almaniyada terror aktının qarşısı alınıb. Almaniya İŞİD terrorçularının hədəfində — ticarət mərkəzi partladılacaqdı Siam.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Almaniyanın qərbinə Essen şəhərində yerləşən ticarət mərkəzində terror olacağı barədə polisə məlumat daxil olub. Daxil olan məlumatdan sonra alman polisi əməliyyata başlayıb.

Əməliyyat çərçivəsində ticarət mərkəzinn giriş-çıxışları bağlanılıb. İçəridəki insanlar bir-bir yoxlanılıb. Yoxlamalar zamanı 2 şübhəli kişi saxlanılıb. “WDR” telekanalının verdiyi məlumata görə, saxlanılanların üstündən partlayıcı maddələr tapılıb. Lakin onların sonrakı taleyi və barələrində çıxarılacaq qərarla bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Almaniya kəşfiyyatına daxil olan məlumata görə, ölkəyə İŞİD terrorçu təşkilatının xüsusi təlim keçmiş terrorçuları daxil olub. Onların Almaniyada silsilə terror törətmək niyyətləri var. Saxlanılan həmin şəxslərin də, məhz İŞİD terrorçuları olduğu istisna edilmir.

Siam.az
Tarix: 12-03-2017, 08:37
Xəbəri paylaş





Xəbər lenti