Niderlanddan Türkiyəyə ağır zərbə — türklər həbs edilməyə başlandı

Niderlanddan Türkiyəyə ağır zərbə — türklər həbs edilməyə başlandı Siam.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Niderland polisi Türkiyə vətəndaşlarını təqibə başlayıb. Onları küçələrdə və yerləşdiyi ərazlilərdə saxlayırlar. Polis türklərin qaldığı yerlərdə axtarışlara başlayıb. Onların evlərinə ə xüsusi təlim keçmiş itlər aparılır və xüsusi yoxlamalardan keçirilir.

Bundan əlavə, Türkiyənin Rotterdamdakı baş konsulu bağlanılıb. Orada çalışanlar xüsusi nəzarətə götürülüb.

Bundan əlavə, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Niderland polisi tərəfindən saxlanılıb. Türkiyənin Rotterdamdakı baş konsulu Sadin Ayyıldız bildirib ki, nazir Fatma Betül Kayanın avtomobili Niderland polisi tərəfindən saxlanılaraq Baş Konsulluğa getməsinə imkan verilməyib. Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını qeyd edib.

Baş konsul hazırda nazirin harada olduğundan xəbərsiz olduğunu, özünün isə konsulluğu tərk etməsinə icazə verilmədiyini bildirib.

Digər tərəfdən isə nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb. Onların da saxlanıldığı bildirilir.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata etiraz bəyanatı təqdim edilib. Bundan sonra, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Niderland hömumətinin ünvanına sərt bəyanatlar verib.

"Bu, cavabsız qalmayacaq. Biz necə lazımdır buna reaksiya verəcəyik. Mənim Roterdama gedə bilməməyim ən çox Gert Vildersi sevindirdi, amma qərarı baş nazir qəbul etdi. Onda onların arasında nə fərq var? Heç bir fərq yoxdur, elə həmin fikirlər və faşizm", - deyə Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun ardından bu məsələ Türkiyə prezidenti Ərdoğanın da sərt reaksiyasına səbəb olub

"Bunlar nasist qalıqları, bunlar faşistdir" reaksiyasını göstərən Ərdoğan "Bundan sonra sənin təyyarələrin görək Türkiyəyə necə gələcək"-deyib.

Türkiyədə böyük etirazlara səbəb olan hadisə sonrası Hollandiyanın baş naziri Mark Rütte məsələyə münasibətini bildirib. Ölkə rəhbəri məsələnin gərginləşməsinin tərəfdarı olmadığını deyib

“Türkləri anlayıram. Amma düşünürəm ki. Məsələni bu qədər qəlizləşdirmək olmaz”, - deyə Mark Rütte bildirib.


Siam.az
Tarix: 12-03-2017, 08:48
Xəbəri paylaş





Xəbər lenti