İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu Avropada, elə Hollandiyanın özündə antiislam hərəkatı vizasını siyasətdə qalib gəlməsi ilə almağa başlayıb.

Uzun illərin antiislam təbliğatı, ərəblərin Avropada qeyri-mədəni davranışlarının onların müasir mədəniyyətlərinə adaptasiya edə bilməmələri, bütün alçaqlıq və pislikləri özləri ilə Avropaya daşıdıqları iddia edildi.


Amma hər kəsin bildiyi o həqiqəti kimsə etiraf etmədi ki, Avropanı başına götürən müsəlman miqrantları ölkəsindən perikdirən ikiüzlü və qaniçici Avropa siyasi davranışının ağır nəticələri idi.

Bu meyvələr o qədər çoxdur ki, Avropaya da pay az düşmədi. Ondan sonra başlayan anti-islam, müsəlmanların vəhsşi obrazı daha da güclənməyə başladı.

Avropa seçicisi qapılarını döyən müsəlmanlara inad səslərini müsəlmanları, islamı rədd edən irqçi, faşist siyasilərə verdi.

İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

Hollandiyada İslam və Avropa Birliyi əlehdarı Azadlıq Partiyasının lideri Gert Vilderin seçim nitqləri mesaj kimi alındı, amma kimsə nəitcə çıxarmadı.

Baxın, bu ayın 15-də seçimlərə gedəcək Hollandiyanın ən favorit namizədinin sözlərinə:

“İslamlaşmaya baxın. Ölkəmizdə terrorizmə necə izin veririk. İslam faistlərdən daha təhlükəlidir".

Və dünən baş verən hadisələr öz həddini daha da aşdı.

İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

Ən güclü İslam ölkəsi, son günlərin mərkəzi hakimiyyəti güclənən və Ərdoğan administrasiyasına təsirləri azalan Avropa Türkiyəni hədəfə aldı.

Bu qarşıdurmanın alt qatında bəlli səbəblər dayanır:

Türkiyə güclənir, kredit almır, silah bazarında alcıdan satıcıya çevirilib, Suriyada əsas aktorlardan biridir, Rusiya ilə mühüm müttəfiqlik əldə edilib, Avropanın gələcəkdə enerji ehtiyatlarından asılılığında Türkiyə amili güclənir...

Həm seçim təbliğatını aparmaq üçün deyəsən, hollandalar və almanlar bundan yaxşı zamanın yetişməyəcəyini anlayıblar.

Xarici İşlər naziri Çavuşoğlunun uçuş izni qadağan edildi, ardınca da türk qadın nazir Kaya Rotterdamdakı Türkiyənin baş konsulluğuna alınmadı.

Ən son iplər bir daha Gert Vildersin bu hadisə ilə bağlı açıqlamalarıyla qopdu.

İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

"Get və bir daha geri dönmə,lütfən, Niderlanddakı bütün türk tərəfdarlarınızı da yanınıza alın, gülə-gülə" sözləri ilə sosial medianı ayağa qaldırıb.

Bu yaşanan olayladan sonra türk tərəfi prezident səviyyəsində hadisənin determinatorlarını nasist, irqçi adlandırıb.

Gecə saatlarında PKK-ya qapılarını açan, onların cildf atmalarına müsadə edən Hollandiya türk mitinqçilərə itlərlə, atlarla, polis dubinkaları ilə divan tutub.

Görünən odur ki, Türkiyəyə qarşı Avropada birlik hazırlığı başlayıb.

Bunun iki üzvü artıq bəllidir: Almaniya və Niderland...

Apreldən sonra Türkiyə bu addımlarla bağlı adekvat olaraq o ölkələrin diplomatlarına sanksiya qoyacağını açıqlayıb.

Faktor.az //Əziz Əlibəyli
Tarix: 12-03-2017, 10:46
Xəbəri paylaş





Xəbər lenti