Keçmiş nazir “dəyərlərə zidd və yanlış addım atdıq” söyləyib

Keçmiş nazir “dəyərlərə zidd və yanlış addım atdıq” söyləyib Hollandiyada türk siyasətçilərinin ölkədə referendum təbliğatı aparması qəti şəkildə yasaqlanınca, keçmiş Xarici işlər naziri Ben Bot məsələnin şişirdilməsinə etirazını bildirib. O, Mevlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsinin ləğv edilməsi ilə bağlı “Türk Xarici işlər nazirini qəbul etməmək, təyyarənin eniş icazəsinin ləğvinin heç izah ediləcək bir tərəfi yoxdur” deyib.

Xristian Demokrat Partiyasından olan keçmiş nazir Baş nazir Mark Rutteyi tənqid edərək: “Fikrimcə, bu seçkilərlə yaxından əlaqəsi olan bir addım. Biz demokratiya və insan haqlarını müdafiə etdik, edirik də. Bu qadağa ilə o dəyərlərə zidd və yanlış addım atdıq” söyləyib.

Ben Bot açıqlamasında Türkiyə ilə iqtisadi əlaqələrin pisləşməsi ehtimalına dair tənqidlərini də dilə gətirib.

azadliq.info
Tarix: 12-03-2017, 14:00
Xəbəri paylaş





Xəbər lenti