Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr…

Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr… Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında sahəsi ən böyük olan ölkədir. Bununla yanaşı, dünyanın ən çox neft ehtiyyatlarına malik olan ölkədə 5 manata 45 litr benzin almaq mümkündür. Burada sonuncu buraxılış avtomobilləri yollarda görmək adi haldır. Küçələrdə səudiyyəli piyadaya rast gəlmək demək olar ki, mümkün deyil.

Adı hamımıza məlum olan ölkəyə doğru istiqamət alırıq. İslam aləminin Məkkə və Mədinə kimi iki mühüm mübarək şəhərinin yerləşdiyi Səudiyyə Ərəbistanına… Bu ölkə ərəb dünyasının da çox mühüm mərkəzidir. Ərəb dilində adı əl-Məmləkəh əl-Arabiyyə əs-Suudiyyədir. Yəmənin şimalında, Fars körfəzi ilə Qırmızı dəniz arasındadır. Qonşuları İraq, İordaniya, Küveyt, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndir. Torpaqlarının əksər hissəsində yaşayış yoxdur. Ölkə ucsuz-bucaqsız çöllərdən, daha doğrusu səhradan ibarətdir. Neft, təbii qaz, dəmir, qızıl və mis kimi çox qiymətli yeraltı mənbələrə malikdir.

Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr…
Moderator.az xəbər verir ki, Səudiyyə Ərəbistanı müstəqilliyini əldə etdiyi 1932-ci ildən etibarən ölkədə idarəetmə üsulu krallıqdır. Kral Abdullah bin Əbdüləziz əs-Səud 2005-ci ildən ölkənin rəhbəridir. O, kral Fəhdin vəfatından sonra Səudiyyə Ərəbistanının 6-cı kralı kimi taxta çıxıb. Kral həm hökumətin, həm də dövlətin başçısıdır. Nazirlər kral tərəfindən hər dörd ildən bir təyin olunur. Kabinetdə kral ailəsindən bir çox nazir var. Ölkədə həmçinin “Məclis-Şura” adlandırılan məşvərət məclisi də mövcuddur.
Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr…
Səudiyyə Ərəbistanı xaricdə təhsil alan tələbələrinin sayına görə dünyada birinci sıradadır. Başda ABŞ, Kanada və İngiltərə olmaqla, dünyanın müxtəlif ölkələrində Səudiyyə Ərəbistanının 150 000 tələbəsi universitetlərdə təhsil alır. Şübhəsiz ki, tələbələrinin bu qədər çox olmasının səbəbləri var. Çünki dövlət xarici ölkələrdə təhsil alan tələbələrə təqaüd verir. Səudiyyə Ərəbistanında dünyanı tanıyan, bilən və müxtəlif əcnəbi dillərdə danışan yeni nəsillər tərbiyə alır. Ölkədə təhsil və sağlamlıq xidmətləri çox inkişaf edib. Urbanizasiya (ölkənin və ya rayonun həyatında şəhərlərin əhəmiyyətinin artması, sosial-iqtisadi inkişafla əlaqədar şəhər əhalisinin çoxalması prosesi) və infrastrukturaya çox böyük sərmayələr qoyulur.
Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr…
Paytaxt ər-Riyadın əhalisi 4 milyon 725 min nəfərdir. Bir vaxtlar səhralıq olan bu torpaqlarda artıq müasir binalar ucalır. Ər-Riyad ölkənin yalnız idarəetmə mərkəzi deyil, həm də ticarət və maliyyə mərkəzidir. Şəhərin ən böyük və görkəmli meydanının adı da Qahirə Meydanıdır. Məşhur kral Fəhd prospekti isə şəhəri iki yerə ayırır. Burada heç bir yol hərəkəti qaydaları qoyulmadığına görə nəqliyyat vasitələri əsasən bu prospektdən istifadə edirlər. Buna görə də prospektdə gecə və gündüz ciddi nəqliyyat sıxlığı mövcuddur.
Benzinin sudan ucuz olduğu ölkə: 4 manata 45 litr…
Ölkədə demək olar ki, hamının nəqliyyat vasitəsi var. Neft də ucuz olduğuna görə hamı yollardadır. Bununla yanaşı, bahalı avtomobillər olduqca çoxdur. Yüksək at gücünə malik olan və dünyada az rast gəlinən yeni buraxılan bahalı avtomobilləri yollarda görmək çox adi haldır. Lakin sürət həvəskarı olan səudiyyəli gənclər bu yollarda sürət həddinə diqqət etmək məcburiyyətindədirlər. Çünki kameralarla qeydə alınan qayda pozuntularına görə ağır cəzalar birbaşa mobil telefona gəlir.
Benzin həddindən artıq ucuzdur. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ehtiyyatına malikdir. Bu ölkə həm də ən böyük neft ixracatçısıdır. İxracat gəlirlərinin 90 faizi bu mənbədən gəlir və ölkə iqtisadiyyatında çox mühüm rola malikdir. Dünyanın neft ehtiyyatının dörddə biri bu ölkədədir. Dənizdə nəhəng neft platformaları mövcuddur. Dünyanın ən mühüm neft yataqlarının yerləşdiyi ölkənin, hələ ən az 90 il də neftdən gəlir əldə edəcəyi ehtimal edilir. Səudiyyə Ərəbistanı təbii olaraq dünyada neftin ən ucuz olduğu ölkələrdəndir. Aydın olduğu kimi benzin sudan daha ucuzdur. Benzin stansiyasında qarşılaşdığımız bir şəxs 45 litr benzin aldı və yalnız 20 rial, yəni təxminən 4 manat ödədi. 4 manata 45 litr benzin olar? Söhbət Səudiyyə Ərəbistanından getdiyinə görə təbii ki, buna adi yanaşacaqsınız. Dizel yanacağının qiyməti isə daha ucuz, 20 haləl, yəni 4 qəpik…
Tarix: 12-03-2017, 14:16
Xəbəri paylaş





Xəbər lenti