Ukraynanı defolt, qrivnanı isə çöküş gözləyir
Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyi olmadan Kiyev qrivnanın məzənnəsinə nəzarəti itirməklə yanaşı sürətlə artan xarici borc səbəbindən defolta uğraya bilər.Siam.az report-a istinadən xəbər verir ki, bu açıqlamanı Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy verib.
Bankirin fikrincə, IMF Ukraynaya beynəlxalq kreditorlarla hesablaşmağa yardım edə bilər: "Əgər riyazi olaraq hesablasaq, IMF-in maliyyə yardımı davam etməsə, biz öhdəliklərimizi yerinə yetirə bilməyəcəyik. Başqa sözlə, biz defolt olaycağıq. Bunu hamı anlamalıdır", - O.Çuriy qeyd edib.
Mərkəzi Bankın sədr müavini hesab edir ki, Ukrayna hökuməti müstəqil olaraq qrivnanın məzənnəsini sabit saxlaya bilməyəcək: "Maliyyə böhranının qarşısını almaq üçün Kiyev beynəlxalq qurumlara müraciət etməlidir. Belə ki, yaxın bir neçə ildə Ukrayna 12,5 mlrd. ABŞ dolları borc ödəməlidir".
Siam.az
Tarix: 13-03-2017, 21:57