Türkiyə Avropanın sonu olacaq SSENARİNİ İŞƏ SALIR

Türkiyə Avropanın sonu olacaq SSENARİNİ İŞƏ SALIR Türkiyə Avropanın fəlakətinə səbəb olacaq addımı ata bilər.

Siam.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçisi Ömer Çelik miqrant məsələsinə yenidən baxa biləcəyini açıqlayıb.

“Türkiyə Avropa İttifaqı miqrant razılaşmasında qurudan keçid məsələsinə təkrar baxa bilər”, - deyə o bildirib.

Qeyd edək ki, miqrant razılaşmasına görə, Suriyadan Avropaya getmək istəyən miqrantlar Türkiyədə düşərgələrə yerləşdirilir. Avropa İttifaqı buna görə Türkiyəyə maliyyə yardımı ayırmalı idi. Lakin indiyə qədər bu öhdəlik yerinə yetirilmir. Türkiyə miqrantları öz ölkəsində yerləşdirməkdən imtina etsə, bu, Avropa üçün böyük fəlakətə səbəb ola bilər.

Siam.az
Tarix: 13-03-2017, 23:29
Xəbəri paylaş





Xəbər lenti