Polşanın XİN rəhbəri: Hollandlar türk nazirlərinə qarşı olduqca sərt davranıblar

Polşanın XİN rəhbəri: Hollandlar türk nazirlərinə qarşı olduqca sərt davranıblar Polşanın xarici işlər naziri Vitold Vaşikovski hesab edir ki, Türkiyənin iki nazirinə Rotterdamda mitinq keçirməyə icazə verməyən hollandlar olduqca sərt davranıblar.



"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir Polşa radiosuna müsahibəsində bildirib. O, qeyd edib ki, Türkiyə və Niderland arasındakı diplomatik böhran Avropa İttifaqı üçün faydalı deyil. Ankara Brüsselin əhəmiyyətli müttəfiqlərindən biridir. "Hollandlar səhv ediblər, çünki belə kəskin reaksiya verməyə heç bir lüzum yox idi. Bu səfərləri minimum məhdudlaşdırmaq olardı" - deyə o qeyd edib.



Polşanın XİN rəhbəri vurğulayıb ki, rəsmi Ankara Avropaya qaçqın axınının qarşısının alınmasında mühüm rol oynayır: "Əgər Türkiyə ilə ötən il əldə olunmuş saziş pozulsa, bu ölkə əsasən Suriyadan olan miqrant dalğasının qarşısını almasına gözlərini yumacaq. Onda bu dalğa Avropanı yenidən bürüyəcək".
Tarix: 14-03-2017, 08:09
Xəbəri paylaş





Xəbər lenti