Merkel “təxribat yarışına girməyəcəyəm” dedi

Merkel “təxribat yarışına girməyəcəyəm” dedi Almaniyanın Baş naziri Merkel prezident Ərdoğanın ona ünvanlanmış ittihamlarına cavab verib.

O, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın terrora dəstək verməklə bağlı ittihamlarını “absurd” adlandıraraq, “bu təxribat yarışına girmək niyyətim yoxdur” deyib.


“Saarbrücker Zeitung” qəzetinə verdiyi müsahibədə Hollandiya ilə Türkiyə arasındakı gərginlikdə Hollandiyaya tam dəstək verdiyini təkrarlayan Merkel, “hollandiyalılar nasional sosializmə görə qorxunc ağrılar yaşadı, onların bu gün “nasist” deyə xarakterizə olunması qəbul edilə bilməz” söyləyib. O, Hollandiyanın Türk səlahiyyətlilərə referendum kampaniyalarını Hollandiyadakı seçkilərdən sonra aparmağı xahiş etdiklərini də açıqlayıb: “Başda Türk hökuməti buna riayət edəcək təəssüratı yaratdı, ancaq sonra nə olduğunu bilirik.”

Türk siyasətçilərin Almaniyadakı referendum kampaniyalarına da toxunan Merkel, “tədbirlərin Alman orqanlarına vaxtında bildirilməsi, kimin nə məqsədlə toplantı keçirməsinin açıq şəkildə bildirilməsi, qanunlarımıza və konstitusiyamızın prinsiplərinə riayət edilməsi lazımdır ” deyib. Merkel hadisələri hər gün yenidən qiymətləndirdiklərini ifadə edərək, “gələcək üçün kimsəyə açıq çek vermədiklərini” vurğulayıb.

azadliq.info
Tarix: 17-03-2017, 19:54
Xəbəri paylaş





Xəbər lenti