İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR

İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR Moderator.az-ın təqdim etdiyi bu yazıda “Osmanlı dönəmində cinsi cinayətlər nələr idi və cinsi cinayətləri törədənlərə hansı cəza verilirdi?” sualına ətraflı cavab tapa biləcəksiniz.

Öncə qeyd edək ki, qadın və kişinin qarşılıqlı istəkləri ilə bir araya gəlmələri də, zina və ya fahişəliyin də cinayət sayıldığı Osmanlı cəmiyyətində tətbiq edilən cəzalar xüsusilə qadınlar üçün qorxunc bir hal almışdı. Əksər hallarda cinsi orqanı kəsmə və ya dağlama kimi dəhşətli cəza üsulları tətbiq edilirdi.

Zina, fahişəlik, naməhrəmlə tək qalmaq

Osmanlıda cinsi cinayətlərin ilk kateqoriyasında qadınların razılığı olmadan məruz qaldıqları şifahi və praktiki təcavüz nəzərdə tutulurdu. Bu cinayətlərdə yalnız kişilər cəzalandırılırdı.
Cinsi cinayətlərdə ikinci kateqoriya isə qadın və kişinin öz istəkləri ilə cinsi əlaqədə olması zamanı ortaya çıxan "cinayətlər" idi. Bu cinayətlərə zina, fahişəlik və naməhrəm kişi ilə cinsi əlaqədə olmaq, açıq və ya qapalı bir məkanda təkbətək qalmaq aid edilirdi.

Bu cinayətləri araşdırmaq və cəzalandırmaq isə dövrlərə görə fərqli olub. Dində cinayət olaraq bəhs edilən bu əməllər üçün nəzərdə tutulan cəzalar isə pul cəzası, sürgün və “rəcm” deyilən ölüm cəzası idi. Həmçinin dağlama və ya cinsi orqanın kəsilməsi də cəza olaraq tətbiq edilirdi.


İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR


Ancaq şəri hüquq deyilən İslama əsaslanan hökmlərdə qadın və kişilərə veriləcək cəzalar arasında bir fərq mövcud deyildi. Yəni qadın olmağın veriləcək cəzanın yumşaldılmasına heç bir aidiyyatı yox idi. “Örfi” adlandırılan qeyri dini qanuna tez-tez müraciət edilən cinsi cinayətlərdə ölüm cəzasından imtina edilir və günahlandıranların əksəriyyəti pul cəzasına məhkum edilirdi. Buna baxmayaraq yenə də ölüm cəzası, xüsusilə də qadınlara vəhşicəsinə tətbiq edilirdi.

İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR


Fatih Sultan Mehmedin dövründə hazırlanan Cinayət Məcəlləsində seksual cinayətkarlara yer verilmişdi və burada cəzaların cinayətkarların maddi imkanı nəzərə alınaraq müxtəlif məbləğlərdə pul cəzalarına çevrilməsi nəzərdə tutulurdu. Ancaq yenə də recm cəzası (torpağa basdırılaraq daşlayıb öldürmək) tətbiq olunurdu. Bundan başqa, sözügedən qanunda zinada günahlandıran qadına verilən pul cəzasını da ərinin ödəməsi nəzərdə tutulur. Səbəbi isə "kişinin ləyaqətinin qorunması" idi. Sonrakı dövrlərdə çıxarılan qanunlarda isə arvadını və cinsi əlaqəyə girdiyi kişini öldürən ərlərə hər hansı bir cəza verilməsi nəzərdə tutulmurdu. Təbii ki, qadınlar üçün ərlərini başqa qadınlarla tutduqları halda belə bir cəzasızlıq mövcud deyildi.


Qayınanasını öldürdü


İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR

1631-ci ildə Balıkesirdə Mustafa adlı kişi fahişəliklə günahlandırdığı qayınanasıyla ona vasitəçilik etdiyini söyləyən şəxsi öldürür. Və bu qətl "namus cinayəti" olaraq görüldüyündən Mustafa cəzalandırılmaz.


Arvadı ilə tutduğu kişini öldürür



İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR


9 fevral 1852-ci ildə arvadıyla zina etdiyi üçün Əbdülqədir adlı birisini öldürən Kürdoğlu Əli sərbəst buraxılır.
Bir başqa hadisə 6 noyabr 1853-cü ildə Əli arvadı Məryəmi zina etdiyi üçün öldürdüyünü söylədikdə məhkəmə onu sadəcə cərimə edir.

Qadını kisəyə qoyub dənizə atdılar

1791-ci ildə İstanbul Çukurmedrəsədə məhəllədə qonaq olan bir qrup kişi ilə yaxalanan qadına ölüm cəzası verilir, kişilər isə sadəcə cərimə olunur. Üstəlik qadına ölüm hökmü o dövrdə oxşar cinayətlərdə olduğu kimi asılaraq deyil, kisəyə qoularaq İstanbul Boğazından dənizə buraxılaraq tətbiq olunur.

İbrət olsun deyə asıb cəsədlərini nümayiş etdirdilər

1790-ci ildə dövrün padşahı İstanbulda fahişəlik edən qadınlardan "məşhur olan bir neçəsinin ibrət olsun deyə" asılmasını əmr edir. Bu əmrdən sonra "məşhur fahişələrdən" beşini gecəylə boğub səhər açılan kimi üçünün cəsədini mərkəzə, birin Üsküdara, digərin isə Kasımpaşaya asırlar. Digər fahişələri isə bir daha cinayət etməyəcəklərinə dair tövbə etdirib sərbəst buraxırlar.


İbrət olsun deyə fahişələri asıb cəsədlərini nümayiş etdirdilər - FOTOLAR

Osmanlı dövründə, həmçinin, məhəllə sakinlərinə də zina və fahişəlik edənlərin evlərinə basqın etmək, tutub təslim etmək icazəsi verilirdi. Bir çox hallarda bəzi qadınların evlərinin qapılarına qatran sürtür və ya buynuz asırdılar ki, qadın bir daha o mühitdə yaşaya bilməsin.
1860-ci ildə zinayla bağlı yalnız qadına həbs cəzası tətbiq edilirdi. 1911-ci ildən isə qanunda dəyişiklik edilərək kişilər üçün də bərabər cəzaların tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, Osmanlı dövrünə aid cinsi cinayətlərin detalları Türkiyədə “İctimai Tarix” jurnalının mart sayında yer almış bir məqalədə açıqlanıb. Həmçinin, məqalədə bu cinayətlərə aid arxiv materialları da təqdim olunub.


Hazırladı: Zəhra
Tarix: 19-03-2017, 10:12
Xəbəri paylaş





Xəbər lenti