Norveç şirkəti hər işçisinə 22.000 avro mükafat verdi

Norveç şirkəti hər işçisinə 22.000 avro mükafat verdi Norveçin dəniz məhsulları (balıqçılıq) şirkəti “Nova Sea” işçilərinə yüksək məbləğdə mükafat ayırıb. Şirkətin 250 işçisi var və ayrıdığı builki mükafatın toplam məbləği 50 milyon Norveç kronudur (5,5 milyon avro). Şirkət işçiləri arasında vəzifə fərqi qoymadan hərənin hesabına 200 min kron (22.000 avro) mükafat köçürüb.

Norveçdə balıq istehsalı 2016-cı ildə əvvəlki dövrlə müqayisədə aşağı olsa da, ümumi ixracat 29% (1,5 milyard avro) artaraq, 6,7 milyard avroya yüksəlib. Norveç Dəniz Məhsulları Şurası ixracatdakı artımı beynəlxalq bazarlarda somon balığının bahalaşması ilə izah edib.

“Nova Sea” ilə yanaşı Norveçin başqa böyük 20 dəniz məhsulları şirkəti də 2016-ci il qazancının əhəmiyyətli hissəsini işçilərinə mükafat kimi paylamaq niyyətindədir.

azadliq.info
Tarix: 19-03-2017, 21:12
Xəbəri paylaş





Xəbər lenti