İsveçdə sərnişin avtobusu yandırılıb, 6 nəfər yaralanıb

İsveçdə sərnişin avtobusu yandırılıb, 6 nəfər yaralanıb İsveçin Göteburq şəhərindən şimalda yerləşən Trollhettan rayonu ərazisində vandallar sərnişin avtobusuna hücum ediblər.



"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Canilər "Molotov kokteyli" ilə silahlı olublar. İlkin məlumatlara görə, hücum nəticəsində 6 nəfər xəsarət alıb. Qeyd olunur ki, şəhər küçələrində iğtişaşı təqribən 20 nəfərdən ibarət qrup törədib.



Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarət altına almağa çalışırlar. Cinayətkarların saxlanması barədə məlumat yoxdur.
Tarix: 20-03-2017, 09:47
Xəbəri paylaş





Xəbər lenti