Somalidə Prezident Sarayının qabağında partlayış –Azı 50 nəfər ölüb

Somalidə Prezident Sarayının qabağında partlayış –Azı 50 nəfər ölüb Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.

Partlayışlar bir-birinin ardınca Prezident Sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.

Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Terror aktlarına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
Tarix: 22-03-2017, 08:52
Xəbəri paylaş





Xəbər lenti