İsrail kəşfiyyatından şok ittiham“TİKA və İHH terrorçuları maliyyələşdirib”

İsrail kəşfiyyatından şok ittiham“TİKA və İHH terrorçuları maliyyələşdirib” İsrailin "Şin Bet" kəşfiyyat xidməti fevral ayında 39 yaşlı Qəzza sakini, Türkiyənin humanitar qrupunun yerli rəhbəri Məhəmməd Murtajanın həbs olunduğunu bildirən bəyanatla çıxış edib

Strateq.az "Jerusalem Post"a istinadla xəbər verir ki, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Qəzza bölgəsi üzrə koordinatoru HƏMAS-ı maliyyə yardımı ilə təmin etməkdə ittiham olunur.

İstintaq M.Murtajanın 2008-ci ildə ələ alındığını müəyyən edib. Həbs edilən şəxs humanitar layihələr üçün nəzərdə tutulan köçürmələri HƏMAS-a yönləndirib.

"Şin Bet"in bəyanatına əsasən, M.Murtajanın evində əl bombası və silah da saxlanılıb.

Bundan əlavə, "Şin Bet" Türkiyənin digər humanitar yardım fondu olan İHH-nın da HƏMAS-ı maliyyələşdirdiyini müəyyən edib.

"İHH koordinatoru Mehmet Kaya HƏMAS liderləri İsmail Haniyə və Rəad Səədə Türkiyədən göndərilən pul vəsaitini çatdırıb", – deyə "Şin Bet"in bəyanatında qeyd olunur.

"HƏMAS-ın hərbi qanadı üçün İHH tərəfindən köçürülmüş pul avadanlıq, silah almaq və digər fəaliyyət üçün istifadə olunub".
Tarix: 22-03-2017, 09:42
Xəbəri paylaş





Xəbər lenti