Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi...

Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi... Maraqlıdır ki, Samvel Babayanın həbsindən əvvəl müxalif “Jamanax” qəzeti hakimiyyətin aprelin 2-də “Ohanyan-Raffi-Oskanyan” alyansının kölgə lideri olan keçmiş “Qarabağ müdafiə naziri”nin silahlı qiyam hazırladığı barədə məlumata malik olduğunu yazmışdı. Bildirilirdi ki, Samvel Babayan ötən ilin yayında İrəvanda polis alayı qərargahının tutulması ilə nəticələnən “Sasna tsrer” qiyamının yeni variantını hazırlayır və hakimiyyət bu planının bütün detallarını, proqramını bilir. “Ancaq hələlik heç bir tədbir görmür və heç kimi həbs etmir, ona görə ki, seçki ərəfəsində alyansın reytinqini qaldırmaq istəmir. Ancaq situasiya hər gün gərginləşir və hakimiyyət tərəfindən kəskin addımlar, o cümlədən həbslər istisna deyil”-qəzet yazıb.

Bundan əvvəl “Ohanyan-Raffi-Oskanyan” alyansının seçki mitinqində silahlı insident baş vermişdi və hakimiyyətin adamları keçmiş müdafiə nazirinin tərəfdarlarına avtomatdan atəş açmışdı. Buna cavab olaraq Samvel Babayan demişdi ki, əgər hakimiyyətdəkilər atəş açmaqda davam etsələr onlar da silaha əl atmalı olacaqlar. “Və bu zaman heç kim onları sağ tapa bilməyəcək”-Babayan xəbərdarlıq etmişdi.

* * *19:26

“Ohanyan-Raffi-Oskanyan” seçki alyansı Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayanın həbsinin səbəbi barədə məlumatlı deyil. Bunu keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə deyib. “Samvel Babayan bizim ideya tərəfdaşımzdır, tərəfdarımızdır. Bu, alyansa qarşı davam etməkdə olan münasibətin nəticəsi ola bilər”-Ohanyan bildirib.

* * *19:11

Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” daşınan zenit-raket qurğusunun gətirilməsi işi üzrə üç nəfərin, o cümlədən qondarma “DQR”in keçmiş “müdafiə naziri” general Samvel Babayanın həbs olunduğunu təsdiləyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti Gürcüstandan “İqla” zenit-raket qurğusu gətirənlərin Samvel Babayanın göstərişi ilə hərəkət etdiklərini bildirir. Lakin “İqla” raketinin ölkəyə gətirilməsində hansı məqsəd güdüldüyü barədə heç nə deyilmir.

Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi...

Ermənistan mətbuatı isə Babayanın silahlıçevriliş planlaşdırdığını yazıb. Samvel Babayan keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi seçki blokunu dəstəkləyir.

* * *17:51

Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan Ermənistanda hərbi çevriliş təşkili ittihamı ilə həbs olunub. Virtualaz.org xəbər verir ki, bu məlumatı “Hraparak” erməni qəzeti yayıb.

Nəşr əlavə edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tezliklə bu xəbərlə bağlı ətraflı məlumat verəcəyini bildirib.

Bundan öncə Ermənistan MTX Gürcüstandan Ermənistana “İqla” (“İynə”) zenit-raket kompleksinin gətirilməsi cəhdi və bu kompleksi gətirməyə cəhd etmiş bir qrup şəxsin həbsi barədə xəbər yaymışdı. Qəzet Samvel Babayanın həbsini həmin hadisə ilə əlaqələndirir.

Bununla birlikdə, “Hraparak” digər erməni nəşri “Jamanaka” istinadla xəbər verir ki, Samvel Babayan silahlı çevriliş hazırlayırmış. Bildirildiyinə görə, silahlı çevriliş cəhdi palament seçkilərinə az qalmış baş tutmalı imiş. Seçkilər aprel ayının əvvəlinə nəzərdə tutulub.
Tarix: 22-03-2017, 19:44
Xəbəri paylaş





Xəbər lenti