Rusiyanın eks-deputatının qatili xəstəxanada öldü

Rusiyanın eks-deputatının qatili xəstəxanada öldü Kiyevin mərkəzində Rusiyanın sabiq deputatı Denis Voronenkovu qətlə yetirən qatil aldığı güllə yaralarından xəstəxanada keçinib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, deputatın cangüdəni hücum zamanı yaralansa da, cavab atəşi ilə qatili sinəsindən və başından ağır yaralaya bilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.



Hücum edəm şəxsin Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. 1988-ci il təvəllüdlü olan bu şəxsin barəsində saxta sahibkarlıq və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması maddələri üzrə axtarış elan edildiyi bildirilir.
Tarix: 23-03-2017, 20:24
Xəbəri paylaş





Xəbər lenti