Türkiyə Rusiyaya narazılıq bildirib! - Əsgərinin öldürülməsinə görə

Türkiyə Rusiyaya narazılıq bildirib! - Əsgərinin öldürülməsinə görə AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Sergey Panov Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb və Suriyada atışma nəticəsində bir türk əsgərinin həlak olmasına görə, ona hökumətin ciddi narahatlığı bəyan edilib.

Türkiyə XİN bəyan edir ki, türk əsgəri atəşin dayandırılması rejiminə nəzarətin Rusiya üzərinə qoyulduğu ərazidən açılan atəş nəticəsində həlak olub.

Müşahidələr göstərir ki, Suriyadakı Rusiya hərbi kontingentinin davranışında belə hallar mütəmadi xarakter alaraq, vahimə effekti doğuran «profilaktik tədbir»ə çevrilib və mahiyyət etibarilə Rusiyada sürətlə «cücərən» neofaşizmin əlamətindən başqa bir şey deyil…
Tarix: 24-03-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti