Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR

Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR Burada kişilər bütün dünyəvi zövqlərdən məhrum yaşayırlar.


1000 ildən artıqdr ki, bura qadınlar girə bilmir, qadınlar üçün dünyada yeganə qadağan edilmiş bölgədir. Söhbət Yunanıstanın Halkidiki yarımadasından Egeyə doğru uzanan 3 dar və uzun yarımadanın ən şərqində yerləşən bölgədən gedir. Yunanıstanda Rus Ortodoks rahiblərinin min ildir ki, yaşadıqları Aynorozdakı Athos Dağı qadınlara qadağan edilib. Rəsmi adı Aynoroz Özerk dövlətidir. Yunanistan ərazisində 390 kvadrat kilometrdə yerləşir. Özlərinə məxsus sistemlə idarə olunur.


Burada yaşayanların baslıca gəliq mənbəyi zeytun və üzümcülükdür.

10-cu əsrdə dini bir topluluq olan Aynoroz Bizans, Osmanlı və Yunan hakimiyyəti dövrlərində müstəqiiliyini qoruyub.

Aynoroz 20 monastrı təmsil edən 20 nəfərlik bir məclislə idarə olunur. 20 monastrın da memarlığı eynidir. Burda 2000 kişi yaşayır. Onlar monastrda çalışanlar və din adamlarıdır. Kommunal bir yaşam tərzləri var.
1045-ci ildən bəri bölgəyə qadın daxil olmayıb. Bölgəyə quru yolu yoxdur, ancaq dəniz yolu var. Ancaq bölgəyə istənilən zaman giriş mümkün deyil. Adaya hər gün ancaq 100 kişi buraxılır. Bunun üçün əvvəlcə Selanikdən ziyarət izni və pin kodu, ardından limandakı bürodan giriş izni almaq lazımdır. Əcnəbilər isə həm də konsulluqdan müvafiq giriş icazəsi, Yunanıstan Xarici İşlər Nazirliyindən icazə vərəqi almalıdır. Aynorozun statusu Avrupa Birliyi və Avropa Parlamentində də müzakirə edilib. Avropa Parlamentində əraziyə qadınların girişinin yasaqlanmasını qadın hüquqlarına zidd olmasına dair çıxışlar səsləndirilib.
Adanın müqəddəs olmasının səbəbi kimi Məryəm Ananın pis keçən bir dəniz səfərindən sonra bu bölgəyə gəlməsi göstərilir. Ərazini çox bəyənən Məryəm ana tanrıdan buranın ona hədiyyə edilməsini diləyib və ərazi “Bakirə Məryəmin bağçası” adlandırılıb.

10-cu əsrdən etbarən ərazidə monastrlar tikilib və kişilərin rahatlığı üçün qadınlara giriş qadağan edilib.

Ancaq 1930-cu ildə “ Miss Avropa” seçilən Aliki Diplarakou kişi paltarında bölgəyə gizlicə girib. Hadisə böyük səs-küylə qarşılanıb və o zamankı mətbuata manşet olub. (cebhe.info)Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR
Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR
Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR
Qadınlara giriş qadağan edilən yeganə yer: Burdakı kişilər dünya zövqündən məhrumdur-FOTOLAR
Tarix: 25-03-2017, 17:07
Xəbəri paylaş





Xəbər lenti