"Ərəb baharı" Səudiyyə Ərəbistanı adlı poliqona yön alır?

"Ərəb baharı" Səudiyyə Ərəbistanı adlı poliqona yön alır? ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər gərginləşib.

"Milletinsesi.az" xəbər verir ki, çox yaxın müttəfiq hesab olunan bu iki ölkə arasında yaranan gərginliyə səbəb 11 sentyabr qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsidir.

Xatırladaq ki, keçmiş prezident Barak Obama buna veto qoysa da, Konqres ötən il Səudiyyə Ərəbistanının və əcnəbi şəxslərin 11 sentyabr hadisəsinə görə ittiham olunmasına imkan yaradan qanunu qəbul etdi.

Məlumatlarda vurğulanır ki, qurbanların ailələri və sığorta şirkətləri bu günlərdə Səudiyyə Ərəbistanından Nyu-York məhkəməsinə şikayət ediblər. Bu həftə ərzində 800 ailə şikayətçi olub və bu sayın artacağı gözlənilir. ABŞ-da sığorta şirkətləri isə bu gün Səudiyyə Ərəbistanına, eləcə də “Əl-Qaidə”yə pul verməkdə şübhəli bilinən bir sıra Səudiyyə vəqflərinə qarşı Federal Məhkəmədə iş qaldırıblar.

Səudiyyə Ərəbistan bütün bu iddiaları rədd edir. Ekspertlər baş verənlərin ABŞ-ın maliyyə bazarına və Nyu-York birjasına zərər verəcəyini hesab edirlər. "Ərəb baharı" adlı tragikomediyanın oynanılması üçün növbə deyəsən Səudiyyə Ərəbistanı adlı poliqona çatıb.
Tarix: 25-03-2017, 20:44
Xəbəri paylaş





Xəbər lenti