Avropa Birliyində çatlar üzə çıxır

Avropa Birliyində çatlar üzə çıxır Avropa Birliyinə daxil olan 27 ölkənin liderləri Bəyannamə imzalayıblar. Avropa Birliyinin prioritetləri və nailiyyətləri haqqında bəhs edən bu Bəyannamə həm də İttifaqın gələcəyini özündə əks etdirir.
Fransa prezidenti administrasiyasının bir müddət öncə vurğuladığı kimi imzalanan sənəddə son 60 il ərzində sülh, tərəqqi, Avropa sosial modeli, Aİ qarşısında duran çağırışlar, artan populist çıxışlar, avroinstutlara olan inamsızlıq və terror təhlükəsi, ona qarşı mübarizə formatları öz əksini tapıb.

"Milletinsesi.az" ria. novosti-yə istinadla xəbər verir ki, Bəyannamədə Brexit fonunda bu birlikdə qalan ölkələrin birgə səyləri və daha artıq şəkildə həmrəyliyə nail olma meyillərinin inkişaf etdirilməsi vurğulanıb:
"Biz Avropa İttifaqının daha güclü və qüdrətli olması, aramızda ümumi qaydaların daha sivil formada formalaşması üçün bütün mümkün vasitələrdən maksimum istifadə edəcəyik".

Almaniya, Fransa və onların təsiri altında olan ölkələrin birliyin inkişafıyla bağlı səsləndirdikləri təkliflərə münasibətdə Çexiya, Polşa, Slovakiya və Macarıstan, Şərqi Avropanın bir sıra dövlətləri fərqli mövqedən çıxış ediblər. Bu da özlüyündə birliyin daxilən çat verməsindən xəbər verir. Bu dövlətlər ondan ehtiyat edirlər ki, bəzi məsələlərin həllində Qərbi Avropa ölkələri onlarsız qərar qəbul edə bilərlər.
Tarix: 25-03-2017, 20:48
Xəbəri paylaş





Xəbər lenti