Osmanlı sultanının nəvəsi görün Atatürk haqqında nələr dedi

Osmanlı sultanının nəvəsi görün Atatürk haqqında nələr dedi Çıxışları ilə tez-tez mübahisə yaradan Sultan Əbdülhəmidin 5-ci nəsil nəvəsi Nilhan Osmanoğlu Esenyurt bələdiyyəsinin təşkil etdiyi konfransda Esenyurt Anadolu Liseyi şagirdlərinin suallarını cavablandırıb.

Moderator.az Türk mediasına istinadla bildirir ki, öncə Osmanlı dövründəki təhsil sistemi ilə indiki təhsil sistemini müqayisə edən Sultan nəvəsi hazırkı təhsil sistemini “əzbərçi” adlanbırıb: “Həmçinin bu təhsil sistemində tariximiz təhrif edilir. Kitabları açanda “Qırmızı Sultan”, “Qırmızı Əbdülhəmid Xan”, “Şər Dəllalı Vəhdətin” kimi şeylər yazıldığını görürük. Bu məlumatlarla böyümüş və yetişmiş nəsl təbii olaraq belə olacaqdı. O üzdən buna çox təəəccüblənmək lazım deyil”.

Xanım Osmanoğlu həmçinin, “oxumağı çox sevən bir cəmiyyət deyilik” söyləyərək gələcəyə ümidli baxdığını bildirib: “Amma inşallah bol-bol oxuyarıq. Bu nəsildən hamımız çox-çox ümidliyik. Lakin seriallar həqiqətən bəzi şeyləri təhrif edilmiş şəkildə verir. Məncə biz bu seriallara baxanda ulu babalarımızla qürur duymalıyıq”.


Bir şagirdin "Sultan Əbdülhəmid Xan dövründə mürtəce bir sistem yaradılmışdı. Buna nə ehtiyac vardı?” sualına cavabında N.Osmanoğlu bu məsələnin çox şişirdildiyini qeyd edib: “Biz azaldığın tərifini yaxşı bilməliyik. Nə qədər azadsınız, mətbuat nə qədər azaddır? Yəni indi bunu yaxşı anlamaq lazımdır. O dövrdə də əli qələm tutanları Sultan Əbdülhəmid Xan oxutdurmuşdu, amma onlar Xana daş atırdılar. Bu dövrdə olduğu kimi. Əslində ziyalı dediyimiz təbəqə həmişə hökuməti pisləyər. Bunu anlamaq lazımdır. Dövlətin maraqlarının başladığı yerdə mətbuat azadlığı bitmişdir. Sultan Əbdülhəmid Xan da bu siyasəti aparmışdı. Dolayısıyla buna görə də əgər diktator deyilirsə, o şəkildə təqdim edilirsə, bu gün də o şəkildə söz açılırsa, doğru siyasət yürüdülmüşdür deyə bilərik”.


Tələbələr Sultan nəvəsinə Osmanlı səltənətinə son qoymuş Mustafa Kamal Atatürk haqqında da sual veriblər. "Bir Osmanlı Xanədanının üzvü kimi Qazi Mustafa Kamal Atatürk ilə bağlı nə düşünürsünüz?" sualına Nilhan xanım Osmanlı Xanədanı adından cavab verməyəcəyini, ancaq şəxsi fikrini deyəcəyini bildirib: "Mən hər zaman deyirəm. Tarixi hər zaman ailəm kimi görürəm. Təsəvvür edin ki, ailənizdə bir səhv olub. Bir Paşa üzündən və ya necə deyim. Nəticədə Memar Sinan da, Merzifonlu Qara Mustafa Paşa da çox möhkəm komandalarla çalışıblar. Sonra gələn Paşalar ucbatından xəyanətə məruz qalıblar. Yəni bu Paşalar da bizim paşalarımızdı. Mən yaxşı, pis - hamısına sahib çıxmaq tərəfdarıyam. Heç kəs hər kəsi sevmək məcburiyyətində deyil, amma hər kəs hər kəsə hörmət göstərmək məcburiyyətindədir. Yəni buna məcbur olduğunuzu heç vaxt unutmayın. Bu mənada Mustafa Kamal Atatürk mənim ailəmə hörmət etməmiş ola bilər, amma mən ailəmdən aldığım tərbiyəyə görə ona hörmət edirəm".

Siam.az
Tarix: 26-03-2017, 13:38
Xəbəri paylaş





Xəbər lenti