Honq- Konq liderliyinə ilk dəfə bir qadın seçildi!

Honq- Konq liderliyinə ilk dəfə bir qadın seçildi! Çinin Honq- Konq Xüsusi İnzibati Bölgəsində nümayəndə səslərinin yarıdan çoxunu alan Pekin hökuməti tərəfdarı namizəd Carrie Lam bölgənin yeni dövr üçün rəhbəri seçilib.

1 194 nəfərin səs verdiyi seçkidə 777 səs alan Lam liderlik üçün yarışan 3 namizədin arasında birinci olub. Lamın rəqiblərindən bu vəzifədə əvvəl çalışan John Tsang 365, Voo Kvok-Hing 21 səs alarkən, 31 bülleten də etibarsız sayılıb.

Çin mərkəzi rəhbərliyinin təsdiqindən sonra bölgənin ilk qadın lideri olacaq Lam 1 iyunda vəzifəsini təhvil alacaq. Honq- Konq konstitusiyasına görə seçkiləri qazanan namizəd sonrakı seçkiləri qazanması halında ard-arda iki müddətlik vəzifədə qala bilir. Yeni liderin Honq- Konq məhkəməsinə mal varlığı haqqında bildiriş verməsi də tələb olunur.

Dünyanın ən əhəmiyyətli maliyyə mərkəzlərindən olan Honq- Konqda 2014-cü ildə Çinin bölgə liderinin özü təyin edəcək namizədlər arasından seçilməsi qərarını etiraza qalxan “çətir inqilabı” hadisələrinin ardından keçirilən ilk seçkidə Pekin hökumətinə yaxın olan Lam bölgə xalqının sıx tənqidlərinə hədəf olmuşdu.

Siam.az
Tarix: 26-03-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti