Serj Sarkisyan RF-nin Krasnodar şəhərində saxta bülletenlər çap etdirib-SENSASİYA

Serj Sarkisyan RF-nin Krasnodar şəhərində saxta bülletenlər çap etdirib-SENSASİYA Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçkilərini saxtalaşdırmaq üçün müxtəlif yollara əl atıb. “Şimal xəbərləri” qəzetinə Anapa şəhərindən sensasiyalı informasiya daxil olub. Məlumatda bildirilir ki, Serj Sarkisyanın gizli tapşırığı ilə Krasnodarda seçki bülletenləri çap olunub və artıq Yerevana çatdırılıb. Mənbənin açıqlamasına görə, bu bülletenlər vasitəsi ilə hakim partiya qələbəsini təmin etmək istəyir.
Serj Sarkisyan RF-nin Krasnodar şəhərində saxta bülletenlər çap etdirib-SENSASİYA
Azərbaycandakı bəzi seçki ekspertlərinin “Şimal xəbərləri”nə açıqlamasına görə, bülletenlər yalnız dövlətin müvafiq qərarı əsasında haradasa çap edilə bilər. Lakin buna çox vaxt lüzum olmur. Əgər bülletenlər gizli şəkildə çap edilərək və elə bu yolla da Yerevana gətirilibsə arxasında ciddi saxtalaşdırma durur.

Siam.az
Tarix: 29-03-2017, 23:34
Xəbəri paylaş





Xəbər lenti