Kreml separatçı quruma lider tapdı – İŞĞAL PLANI

 Kreml separatçı quruma lider tapdı – İŞĞAL PLANI Ukraynanın sabiq baş naziri Nikolay Azarov birləşdirilmiş “LXR/DNR”in (Luqansk və Donetsk “xalq respublikaları” – red.) başçısı ola bilər.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə şərhində “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, Donbasın əhalisinin müəyyən hissəsi onu hələ də qanuni rəhbər kimi qəbul edir.

“İnformasiyaya görə, o, birləşdirilmiş “LXR/DNR”ə rəhbərlik edəcək şəxs kimi Putini qane edən insanlardan biridir. Kreml bu fiqura tamamilə nəzarət edir və o, həmçinin Donbasın həm işğal edilmiş, həm də işğal edilməmiş hissəsində əhalinin müəyyən hissəsi tərəfindən qanuni lider kimi qəbul edilir”, - Tımçuk bildirib.

Qeyd edək ki, daha əvvəl separatçıların “Şərq” qruplaşmasının sabiq komandiri Aleksandr Xodakovski “LXR” və “DXR”in birləşdirilməsinin mümkünlüyündən danışıb.

Ömər
Tarix: 13-07-2017, 14:37
Xəbəri paylaş





Xəbər lenti