Havası çatışmayan sərnişin təyyarənin pəncərəsini açdı

Havası çatışmayan sərnişin təyyarənin pəncərəsini açdı Çində yayımlanan “South Chine Morning Post” qəzetinin xəbərinə görə, Hangzhou şəhərindən Çendguya uçuşa hazırlaşan “Xiamen” hava yolu şirkətinə aid bir təyyarədə qəza çıxış qapısının açılması ilə sərnişinlər ciddi panikaya düşüblər.



Təyyarə havaya qalxmaq istəyəndə yaşanan bu hadisənin səbəbkarı isə sərnişinlərdən biri olub. Bəzi sərnişinlər gördüklərini sosial mediada paylaşmaq üçün cib telefonları ilə baş verənləri çəkiblər. Bu şəkli paylaşan sərnişinlərdən biri isə aşağıdakıları yazıb: “Bir sərnişinin qəza qapısını açdığını ilk dəfə idi ki, görürdüm. Bizə dedi ki, sadəcə, təmiz hava almaq istəyir... Ümid edirəm, uçuşumuz çox da təxirə salınmayacaq”.



Hər hansı bir zərər vermədiyi üçün hava yolu şirkəti sərnişin haqda cəza tədbiri görməyəcək. Çünki bu, onun ilk uçuşu olub və etdiyi hərəkət də hər hansı itkiyə, problemə səbəb olmayıb.



Musavat.com
Tarix: 14-07-2017, 07:03
Xəbəri paylaş





Xəbər lenti