Rusiya iqtisadiyyatı çökür - Travin

Rusiya iqtisadiyyatı çökür - Travin
Rusiyanın təkcə iqtisadiyyatı yox, həm də sənayesi bərbad vəziyyətdədir və yaxın gələcəkdə bu vəziyyətin düzəlmə ehtimalı yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında iqtisadçı Dmitri Travin söyləyib. Onun sözlərinə görə, əgər hökumət bundan sonra da heç nəyin baş vermədiyini göstərməyə çalışsa, o zaman ölkənin əsas sənayelərindən biri yox olacaq:

“Rusiya iqtisadiyyatı durğunluq dövrünə keçib. 2017-ci ildə ümumdaxili məhsulun artım tempi 1,5%-ə bərabərdir. Bu, dünya iqtisadiyyatının orta artım tempindən iki dəfə azdır. Rusiya təkcə mövqelərini itirməyib, o, real olaraq dünyadan geri qalmağa davam edir”.
Tarix: 8-01-2018, 09:43
Xəbəri paylaş





Xəbər lenti