Öz ölümünü dəqiqliklə deyən öncəgörəndən 3-cü DÜNYA MÜHARİBƏSİ PROQNOZU: “Yağışlı bir gündə...”


Adi bir mədən axtaran müharibə olacağına dair proqnoz verə bilərmi? Yəqin ki, çoxları bunu eşitsə, gülər. Ancaq tarixdə belə bir fakt var və üstəlik o fakt özünü doğruldub. Söhbət Alois İrlmaier adlı şəxsdən gedir.

Cebhe.info xəbər verir ki, o, 1894-cü ildə Almaniyada dünyaya gəlib və 1959-cu ildə ölüb. Peşəkar mədən axtaran olub və bu fəaliyyətindən daha çox gələcəklə bağlı proqnozları ilə tanınıb. 2-ci Dünya Müharibəsində bombalanacaq əraziləri əvvəlcədən dəqiq söyləməklə tarixdə iz qoyub.

Həmçinin itkin düşən şəxslərin axtarışında böyük uğurlar qazanıb. Bu qabiliyyətinə görə bir çox səs-küylü cinayətlərin araşdırılmasında polis onun köməyindən qeyri-rəsmi istifadə edirdi. Bu qabiliyyəti ona həm də düşmən qazandırdı və "cadugər", "şarlatan" adını aldı.



O, təkcə keçmişlə bağlı proqnozları ilə tanınmır: "3-cü Dünya Müharibəsi olacaq, ancaq ilini görə bilmirəm. Minlonlarla insan onu müşahidə edəcək, göy üzündə işarətlər olacaq. Müharibə məhsul yığımından qısa müddət əvvəl, yağışlı bir gecədə başlayacaq".

Müharibənin Yaxın Şərqdən başlayacağını deyən bu şəxs "Anidən böyük bir müharibə alovlanır, böyük dəniz qüvvələri Ağdənizdə düşmənlərlə qarşı-qarşıya gəlir. Durum olduqca gərgindir. Ancaq əsl qığılcım Balkanlarda alovlanır",- deyib.

Proqnozlarına davam edən mədənçinin sözlərinə görə, Sarı Əjdər (Çin və ya kimyəvi silahın nəzərdə tutulduğu güman edilir- red.) Alyaska və Kanadanı eyni gündə işğal edəcək: “Gəlişləri çox da uzaqda deyil. Sonra sarı toz yağışı yağacaq. Bu hadisə Qızıl şəhər yox edildiyi zaman başlayacaq. ABŞ-ın böyük şəhəri (paytaxtı da ola bilər) raketlərlə yox ediləcək və qərb bölgələri asiyalılar tərəfindən işğal ediləcək. Ancaq işğalçılar geri oturdulacaq".



Bu sözlərin öz ölüm gününü dəqiqliklə deyən bir şəxsin dilindən eşidilməsi isə narahatlıqları artırır.

Xatırladaq ki, onu cadugərlikdə günahlandıranlar məhkəməyə müraciət etmiş.İrlmaier məhkəmədə hakimin qarşısında dayandı, həmin gün hakimin arvadının nə geyindiyi və nə etdiyini dəqiqliklə söylədi. Hakim onun cadugər olmadığına əmin oldu və mədənçini sərbəst buraxdı. Mədənçi əvvəlcədən elan etdiyi gündə vəfat etdi.

Xəzər

Tarix: 10-01-2018, 16:37
Xəbəri paylaş





Xəbər lenti