«Yer kürəsi cəhənnəmə çevriləcək» - Stiven Hokinq bəyan edib…

«Yer kürəsi cəhənnəmə çevriləcək» - Stiven Hokinq bəyan edib…
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məşhur alim Stiven Hokinq bəyan edib ki, Yer kürəsi cəhənnəmə çevriləcək. Onun fikrincə, Yerdə iqlim şəraiti insan üçün dözülməz hala gələcək.
İngiltərənin fizika nəzəriyyəçisi və elm populyarlaşdırıcısı Stiven Hokinq hesab edir ki, Yer kürəsi Günəş sisteminin digər planetinin – Veneranın taleyini təkrarlayacaq. Alimin fikrincə, iqlimin dəyişməsi bəşəriyyəti ölümə aparır. Yer isə istidən gerçək bir cəhənnəmə çevriləcək.
Əgər bəşəriyyət «istixana qazı» tullantısını azaltmasa, gec-tez Yerdə orta temperatur 460 dərəcəyə (Selsi) çatacaq.
Alimlər hesab edirlər ki, 4 milyard il əvvəl Venera praktiki olaraq, Yerin nüsxəsi imiş – atmosferi, dənizləri və bitki örtüyü ilə. Ancaq bir sıra səbəblərdən dolayı, planet sadəcə «yanıb». Nəzərə alsaq ki, alimlər tərəfindən Yerin orta yaşı 4,5 milyard il hesab olunur, o zaman 500 milyon il sonra Yer həyatsız səhraya çevriləcək.
Bununla yanaşı, Hokinq zərərli tullantıların səviyyəsinin aşağı salınmasına yönəldilmiş beynəlxalq sazişləri də xatırladıb. Fizik Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidentini Paris sazişindən çıxmaqla, planetə «ölüm hökmü» imzalamaqda ittiham edib.
Məlumat üçün bildirək ki, Stiven Hokinq – Kembric universitetinin sabiq riyaziyyat professoru və bestsellerə çevrilmiş «Zamanın müxtəsər tarixi» kitabının müəllifidir.
Tarix: 10-01-2018, 21:19
Xəbəri paylaş





Xəbər lenti