Bu kofelər supermarketlərdən YIĞIŞDIRILDI - Üzərindəki BU ŞƏKİLƏ görə

Bu kofelər supermarketlərdən YIĞIŞDIRILDI - Üzərindəki BU ŞƏKİLƏ görə
Britaniyanın nəhəng supermarket şəbəkəsi olan "Waitrose" İtaliyanın "Saquella" kofelərini satışdan yığışdırıb.

Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. Buna səbəb alıcıların şikayəti olub. Belə ki, İtalyan şirkəti qablaşdırmanın üzərində rasist təsvurlərə yer verib.

Mənbənin məlumatına görə, qutunun üzərində ağdərili sahibkarın kofe plantasiyasında işləyən qaradərili fəhlələri izləməsi əks olunub. Bu görüntüdən şoka düşən alıcılar mağaza rəhbərliyinə şikayət ediblər.

Sonradan İtaliya şirkəti məhsulun üzərindəki təsvirə görə alıcılardan üzr istəyib və bu ideyanın məqsədinin kimisə təhqir etmək yox, kofe istehsalının keçmişini göstərmək olduğunu vurğulayıb.
Tarix: 11-01-2018, 23:52
Xəbəri paylaş





Xəbər lenti