Rusiya ABŞ-a qarşı hərəkətə keçdi: S-400 yerləşdirilir...
Rusiya Baltik donanmasını S-400 raket əleyhinə müdafiə sistemlərilə gücləndirəcək.Axar.az xəbər verir ki, bu açıqlama ilə verən Rusiya Baltik donanmasının komandiri admiral Aleksandr Nosatov çıxış edib.
Nosatov donanmanın havadan müdafiə sistemləri 1 S-400 batareyası ilə artırılacağını vurğulayıb və qeyd edib ki, donanmanın havadakı tutumu Su-30, Su-27 təyyarələri və Ka-27 helikopterləri ilə möhkəmləndiriləcək.
Qeyd edək ki, Rusiya təyyarələri Baltik dənizinin hava məkanında NATO və ABŞ-ın döyüş təyyarələri ilə davamlı olaraq qarşı-qarşıya gəlir.
Tarix: 13-01-2018, 00:43