Sobçak Kadırova qarşı çıxdı

Sobçak Kadırova qarşı çıxdı
Kseniya Sobçakın seçki qərargahının baş siyasi müşaviri Stanislav Belkovski Sobçakın prezident seçkilərində qalib gələcəyi təqdirdə Çeçenistan prezidenti Ramzan Kadırov və İnquşetiyanın rəhbəri Yunus-Bek Yevruovu istefaya göndərəcəyini açıqlayıb.

Bu barədə Oxu.Az “Life”a istinadən xəbər verir.

“Kseniya Sobçakın qələbəsindən sonra bu dahi dövlət xadimlərinin xatirəsini anacağıq”, – deyə Belkovski “Hype” tətbiqində canlı yayımda Çeçenistan və İnquşetiya liderlərinin gələcək aqibəti ilə bağlı sualları cavablandıran zaman bildirib.

Bundan əvvəl prezident seçkilərindən sonra telekanalların gələcək aqibəti barədə danışan Belkovski federal kanalların tezliklə “YouTube”la əvəzlənəcəyini vurğulamışdı.
Tarix: 14-01-2018, 17:24
Xəbəri paylaş





Xəbər lenti