2400 HƏRBÇİ VƏ 1 TRİLYON DOLLARA BAŞA GƏLƏN “OYUN” –ABŞ Əfqanıstandan avantürasından qurtula bilmir


Lara Loqan

“CBS” (Kanada)



Əfqanıstan müharibəsi Amerikaya 2400 insan həyatı və bir trilyon dollara başa gəlib, lakin 16 il sonra belə bu ölkənin paytaxtı ən təhlükəli vəziyyətdə ola bilər.


Yol kənarında basdırılmış bomba təhlükəsi elə yüksəkdir ki, ABŞ hərbçiləri Kabil hava limanından qərargaha qədər iki kilometrlik məsafəni uçaraq yetişmək məcburiyyətindədirlər.

Xeyli xərcə başa gəlmiş ABŞ-ın ən uzun müharibəsi kimi, bu missiyada uğursuz olmanın dəyəri də baha ola bilər. Bunu ABŞ-ın Əfqanıstandakı komandiri general Con Nikolson deyir.

…Sərt təhlükəsizlik tədbirləri ilə hərbi ekipaj qoruyucu nöqtələr və beton partlayış divarlarının labirinti ilə dolaşıb daxili şəhərə girir. "Bu ölkədə 21 beynəlxalq terrorçu qrupu fəaliyyət göstərir, – prezident Əşrəf Qəni deyi. – Onlarla intihar hücumçusu, partlayıcı və könüllü intiharçı yetişdirən fabrikləri var… Biz mühasirədəyik və mühasirə şərtləri qoruyucu cavab tələb edir".

Müdafiə xərcləri demək olar ki, bütünlüklə amerikalı vergi ödəyiciləri tərəfindən ödənilir. Əfqan hərbi büdcəsinin 90 faizi – ildə 4 milyarddan dollardan çox – onların hesabınadır.

"ABŞ ordusunun dəstəyi və imkanları olmadan ordumuza altı aydan çox dəstək verə bilmərik", – Qəni deyir.

Hava limanına yol bombardmana çox həssasdır, ABŞ və müttəfiq heyət helikopterlə aeroportdan köçürülür. Bu manevr düşmənə ərazi verilməsi hesab edilə bilər.

General Nikolson deyir: "Mən bu fikirlə razı deyiləm. Əsgərlərimizin və mülki əhalinin həyatını qorumaq üçün bunun mənəvi imperativə cavab verdiyini düşünürəm”.

ABŞ, 11 sentyabrda Birləşmiş Ştatlara hücum edən xarici terrorçulara cavab olaraq Əfqanıstanda müharibəyə başlayıb. Amerikalıların artıq daxili terrorçulardan daha çox qorxduğunu vurğuladıqda, general deyir ki, İslam terrorunu dünyanın dörd bir yanında məğlub etmək daha vacibdir.

"Biz ideologiyanı məğlub etməliyik, – Nikolson deyir. – Burada məğlub olsaydıq və ya buradan ayrılsaydıq, xərclər daha böyük, qeyri-məqbul olardı… Nə üçün? Bu, bütün dünyada, ölkəmizdə yaşayan cihadçıları cəsarətləndirərdi… Məncə, burada uğursuzluq qəbuledilməzdir".

Prezident Tramp Nikolsonun fikrini paylaşır.

Sabiq prezident Obama çəkilmə tarixini açıqladı və vəzifəsindən ayrılmadan əvvəl hərbçiləri Əfqanıstandan geri çəkməyə başladı.

Cənab Tramp Nikolsona əlavə 3 min əsgər və siyasət dəyişiklik verib. Bu, generalın sözlərinə görə, ona “Taliban” liderlərini öldürməsinə köməklik edir.

"Bəli, əlbəttə, bu oyundur. Bu, qələbə qazandıra biləcək siyasətdir", – Nikolson deyir.



Tərcümə: Strateq.az

https://www.cbsnews.com/videos/16-years-later-afghan-capital-under-siege/
Tarix: 15-01-2018, 19:14
Xəbəri paylaş





Xəbər lenti