Kadırovun bu ölkəyə girişi QADAĞAN EDİLDİ - “Maqnitsk siyahısı”


Litva Miqrasiya Departamenti “Maqnitsk siyahısı”nı dərc edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyahıya 49 rusiyalı, o cümlədən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adı daxil edilib.


Siyahıya daxil edilən şəxslərin Baltika respublikasına girişi qadağan olunub.

Xatırladaq ki, 2017-ci ilin noyabrında Litva parlamenti “Maqnitsk Qanunu”na analoji qanun qəbul edib. Sənəd iri həcmli korrupsiya, çirkli pulların yuyulması və insan hüquqlarının pozulmasında ittiham olunan əcnəbilərin ölkəyə girişini qadağan edir. Qanun 2018-ci ilin yanvarında qüvvəyə minib.

Qeyd edək ki, ABŞ Konqresi 2012-ci ilin dekabrında “Maqnitsk Qanunu”nu qəbul edib. Sənəd 2009-cu ildə hüquqşünas Sergey Maqnitskin ölümünə cəlb olunduğu ehtimal olunan şəxslərə qarşı yönəlmişdi.

“Hermitage” fondunun keçmiş auditoru, hüquqşunas Sergey Maqnitsk 2009-cu il noyabrın 16-da Rusiyada istintaq təcridxanasında öldürülüb. O, vergidən yayınmaqda ittiham edilərək tutulmuşdu. Bu hadisəyədək isə Maqnitsk Rusiya dövlət büdcəsinin güc strukturları tərəfindən talan edildiyi faktını açıqlamışdı.
Tarix: 16-01-2018, 06:43
Xəbəri paylaş





Xəbər lenti