Ukrayna parlamentinin binası qarşısına 4 min polis gətirilib: GƏRGİN MÜZAKİRƏ

Ukrayna parlamentinin binası qarşısına 4 min polis gətirilib: GƏRGİN MÜZAKİRƏ
Güc strukturlarının 4 minə yaxın əməkdaşı Ukrayna Ali Radasının binası qarşısında keşik çəkir.

Cebhe.info xəbər verir ki, ərazidə "Stop revanş" millətçilərinin aksiyası da keçirilir.

“NewsOne” telekanalının məlumatına görə, bu gün Radada Donbasın reinteqrasiyası haqqında qanun layihəsi 4-cü oxunuşda müzakirə edilir. Layihdə 700-ə yaxın düzəliş edilib. Ölkədə fəaliyyət göstərən bəzi siyasi qüvvələr Rusiya təcavüzünə qarşı qanun layihəsinin qəbulunu tələb edir. Tələblər arasında həmçinin bir sıra rus oliqarxına qarşı sanksiya tətbiqi də var.

Radada müzakirələr getdiyi bir zamanda binanın qarşısında qarşıdurmanı önləmək üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçirir. Kiyev polisinin Facebook səhifəsinin məlumatına görə, bu məqsədlə 3800 polis əməkdaşı ərazidə keçik çəkir.
Tarix: 16-01-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti