Moskva anonsunu verdi - ABŞ bu ölkədə böyük müharibəyə HAZIRLAŞIR

ABŞ Suriyada böyük müharibəyə hazırlaşır.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü İqor Morozov Şimali İraq kürd muxtariyyətinin “Rudav” telekanalına açıqlamasında deyib.

“Moskvadakı müşahidəçilərinin əksəriyyəti ABŞ-ın Suriyada böyük müharibəyə hazırlaşdığını düşünür”, - o bildirib.

Rusiyalı senatorun sözlərinə görə, ABŞ-ın dəstəklədiyi kürdlərin və digər qüvvələrin müharibədə qarşı-qarşıya gələcəyi uzaq ehtimal deyil.

Ömər Dağlı
Tarix: 19-01-2018, 13:39
Xəbəri paylaş





Xəbər lenti