Rusiya Afrin əməliyyatında Türkiyəyə qarşıdır

Rusiya Afrin əməliyyatında Türkiyəyə qarşıdır Rusiya Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək.

Bunu “RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.

“BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək. Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək”, – deyə F.Klinseviç bildirib.

Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur.

Siam.az
Tarix: 21-01-2018, 14:42
Xəbəri paylaş





Xəbər lenti