NATO-dan Türkiyəyə dəstək: Haqqı var


Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır.

Axar.az xəbər verir ki, bu sözlər NATO-nun Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlamasında yer alıb.

NATO-dan verilən açıqlamada Türkiyənin əməliyyat barədə təşkilata üzv ölkələri qabaqcadan məlumatlandırdığı bildirilib. Türkiyənin qarışıq bir bölgədə yerləşdiyini və terrordan açıq şəkildə zərər çəkdiyi vurğulanıb.

NATO-nun açıqlamasında həmçinin türk rəsmilərin Baş katib Yens Stoltenberqlə mütəmadi olaraq əlaqədə olduğu qeyd olunub.
Tarix: 21-01-2018, 18:21
Xəbəri paylaş





Xəbər lenti