ABŞ-ın raket esminesi Çin sularına daxil olub!

ABŞ-ın raket esminesi Çin sularına daxil olub! «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) öz suverenliyinə təhlükə törətdiyinə görə, Amerika Birləşmiş Ştatlarını günahlandırıb. Bu, ABŞ-a məxsus raket esminesinin icazə almadan ÇXR-nın ərazi sularına daxil olmasından sonra baş verib. Bu barədə ÇXR-nın Xarici İşlər Nazirliyində (XİN) bəyan ediblər.

Çin hərbi-dəniz qüvvələri (HDQ) qanuna uyğun olaraq, ABŞ gəmisinə yönəlik «özününkü-yad»yoxlama apararaq, xəbərdarlıq və Çinin ərazi sularından çıxmağı tələb edib.

XİN-nin bəyanatında qeyd olunur ki, ABŞ gəmisinin hərəkəti bu rayonda planlı reyslər həyata keçirən gəmiləri və onların heyətini təhlükə altına alıb.

Bu arada, məlum olduğu kimi, Çin və Rusiya ilə uzunmüddətli rəqabət ABŞ-ın milli müdafiə strategiyasının əsasında yer alıb. Pentaqonun başçısı Ceyms Mettis bəyan edib ki, bu ölkələr, İran və Şimali Koreya ilə bir sırada, Birləşmiş Ştatlar üçün təhlükə təşkil edir.
Tarix: 22-01-2018, 09:12
Xəbəri paylaş





Xəbər lenti