Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib Çexiya parlamentinin aşağı palatası son parlament seçkilərində qalib gələn baş nazir, ANO Hərəkatının lideri Andrey Babiş və onun ANO-da birinci müavini Yaroslav Faltinekin deputat toxunulmazlığını ləğv edib. Bu barədə "Radio Praha" məlumat yayıb.

Parlamentdə 180 deputatdan 111-i bu qərarın lehinə, ANO Hərəkatının 69 deputatı isə bunun əleyhinə səs verib.

A.Babiş və müavini Avropa İttifaqının ayırdığı aqrokreditin bölgüsündə fırıldağa yol verməkdə ittiham olunur. A. Babiş isə ittihamı rədd edir, bu prosesin onun siyasi səhnədən uzaqlaşdırılması üçün siyasiləşdirildiyini bildirir.
Tarix: 22-01-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti